RU

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Qarabağda keçirilən“Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq”mövzusunda tədbirin iştirakçıları Xankəndi şəhərinin iqtisadiimkanları ilə tanış olublar.

Nazirlikdən Trend-əbildirilib ki, Xankəndi şəhərinin tarixi, burada görülən bərpaişləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətindəaparılan işlər haqqında sahibkarlara və müvafiq dövlət qurumlarınınnümayəndələrinə məlumat verilib. Bildirilib ki, işğal vaxtıseparatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərinəvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcədə biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür.

Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsalmüəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadipotensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsitəklif edilən investisiya layihələri barədə məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
10
az.trend.az

10Источники