RU

İtaliyadakı fransızlardan Le Penə dəstək

İtaliyada yaşayan Fransa vətəndaşları erkən seçkilərdə ifrat sağçıları dəstəklədiklərini bəyan ediblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Romada keçirilən son rəy sorğularının nəticələri bunu göstərir. Onlar hesab edirlər ki, prezident Emmanuel Makron Avropa Parlamenti seçkilərində məğlubiyyətdən sonra erkən seçkilərin keçirilməsi barədə düzgün qərar qəbul edib. Rəyi soruşulanların çox az faizi sağa yönəlməyə görə narahatlıq ifadə ediblər.

İtaliyalı ekspertlər də hesab edirlər ki, “İtaliya Qardaşları” digər sağçı siyasi qüvvələrə, o cümlədən Fransanın Milli Birlik partiyasına nümunə ola bilər.

“Düşünürəm ki, Makronun zəifləməsi İtaliya hökuməti tərəfindən müsbət qarşılanır. Üstəlik, digər sağ partiyalar da baş nazir Melonidən nümunə götürə bilərlər. Sağçı partiya olaraq qalmasına baxmayaraq, onun partiyası avroskeptik deyil”, - politoloq Antonio Villafrank deyib.

İtaliyanın paytaxtında yaşayan Fransa vətəndaşları “Meloni effekti”ni dəstəkləyirlər.

Romanın fransız sakinlərindən biri deyib ki, İkinci Dünya Müharibəsindən sonra Fransada ifrat sağçıların hakimiyyətə gəlməsi ilk dəfə olacaq: “İtaliyada Meloni hökuməti ilə baş verənləri gördükdən sonra məni sakitləşdirən odur ki, o, Avropa qurumları ilə yaxşı işləməyə davam edir. Buna görə də Fransada Milli Birlik hakimiyyətə gəlsə belə, ümid edirəm ki, ən radikal təklifləri nəzərdən keçirməkdə balanslı olacaq”.
 

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
525.az

1Источники