RU

“NATO Aİ-nin Rusiya ilə sərhəddə müdafiə xəttinə maliyyə ayırmasına qarşı deyil”

Yens Stoltenberq: “Bunların Aİ fondları və ya milli büdcədən olan vəsaitlər olmasının NATO üçün heç bir əhəmiyyəti yoxdur”
Şimali Atlantika Alyansı (NATO) Avropa İttifaqının (Aİ) Rusiya və Belarusla sərhəddə müdafiə xəttini maliyyələşdirməsinə qarşı deyil. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, “NATO üçün əsas odur ki, bu, həyata keçirilir”.
“Bunların Aİ fondları və ya milli büdcədən olan vəsaitlər olmasının NATO üçün heç bir əhəmiyyəti yoxdur”, - Stoltenberq qeyd edib.
Bundan əvvəl “Reuters” məlumat yayıb ki, Polşa, Litva, Latviya və Estoniya Aİ-ni Rusiya və Belarusla sərhədi boyunca müdafiə xətti tikməyə çağırıb. Bu yolla dövlətlər Rusiyanın hərbi təhdidlərindən və digər zərərli hərəkətlərindən qorumağa çalışırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
ayna.az

1Источники