RU

Medvedevdən Ukraynaya ŞƏRT: “Putinin sülh şərtləri qəbul edilməsə,…”

"Sülh danışıqları Putinin təklif etdiyi şərtlərlə baş tutmasa, xüsusi hərbi əməliyyatlar zamanı baş verəcəkləri nəzərə alaraq, bir qədər sonra, Ukrayna üçün daha pis şərtlərlə nəticələnəcək".

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı bildirib.

“Hazırda Rusiya Federasiyasının Konstitusiyasında dəyişikliklər var, bu nəzərə alınmalıdır. Və təbii ki, prezident Putinin Ukraynanın neytrallığını bəyan etməsi və bizim üçün qeyri-dost hərbi bloklara qoşulmaması ilə bağlı təklifləri nəzərə alınmalıdır. Rusiya Federasiyasının Ukrayna ilə bağlı sülh təklifi müddətli xarakter daşıyır, sonrakı danışıqlar Kiyev üçün ən pis şərtlərlə aparılacaq.”, - deyə Medvedev qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
bizim.media

1Источники