RU

"Səbail"i tərk edən məşqçi ayrılığın səbəbini açıqladı: "Artıq keçənilki Asif deyiləm"

Bu həftə "Səbail"in əvəzedici komandasında baş məşqçi postunu tərk edən Asif Mirilinin "dənizçilər"lə yollarını ayırmasının səbəbi bəlli olub.

Bu barədə gənc mütəxəssis Fanat.Az-a açıqlama verib. 

"Dənizçilər"in çalışdırıcısı müddəti başa çatan müqaviləni yeniləməməsinin səbəbini belə izah edib: "Səbail"dən gedişim nəticə ilə bağlı deyil. Əvvəla, əvəzedici komandada nəticə önəmli deyil. Əvvəla, "dubl" əsas komandaya və milliyə oyunçu hazırlamağa xidmət edir. Şükür, bu baxımdan işimizlə öyünə bilərəm. Yetirmələrimdən yığmaya 4, "A komandası"na 3 oyunçu vermişik. Komandamın oynadığı futbol da göz qabağındadır. Sistemli, baxımlı futbol oynayırdıq, kor-koranə yox. 

"Səbail"də büdcədə azalma olduğu üçün infrastruktur və akademiyanın işində də dəyişiklik oldu. Əvəzedicilərə daha gənc oyunçuların cəlb olunması qərara alındı. Əvəzedicilərə yaxın yaş qruplarının birləşməsindən komanda formalaşdırılacaq. Maddi planda da azalma müzakirə olunurdu. Belədə görüşüb qarşılıqlı razılıq əsasında ayrılmağa qərar verdik. 

Açığı, bir-iki təklifim var, amma qərar verməyə tələsmirəm. Artıq keçənilki Asif deyiləm, təcrübəm artıb, bu il kursa qatılıb A lisenziyasını da aldım. Diqqətli seçim etmək istəyirəm". 

Qeyd edək ki, Asif Mirili Premyer Liqada "İnter", "Simurq", "Xəzər Lənkəran", AZAL, "Səbail" klublarında çıxış edib və oyunçu karyerasını məhz sonuncuların heyətində başa vurub.  

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
50
fanat.az

10Источники