RU

Türkiyə AÇ-2024-də nə qədər pul qazanıb?

AÇ-2024-də hələ ki, uğurlu performans sərgiləyən və qrup mərhələsi səddini dəf edərək adını 1/8 finala yazdıran qardaş Türkiyə yığmasının indiyə qədər bu turnirdən qazandığı paranın miqdarı bəlli olub.

“Football-plus.az” xəbər verir ki, qeyd edək ki, turnirin final mərhələsinə vəsiqə qazanan hər komanda dərhal 9,25 milyon avro qazanır. Qrup mərhələsində hər qələbəyə 1 milyon avro, heç-heçəyə 500 min avro mükafat verilir. Türkiyənin qrupu 2 qələbə ilə bitirdiyini nəzərə alsaq, burdan əlavə 2 milyon avro qazanılıb. 1/8 finala vəsiqəyə görə daha 1,5 milyon avro verilir. Yəni Türkiyə indiyə qədər bu turnirdə 12 milyon 750 min avro qazanıb! Maraq üçün bildirək ki, 1/4 finala çıxanlar daha 2,5 milyon avro, yarımfinala yüksələnlər daha 4 milyon avro qazanacaqlar. Finalda uduzan komanda 5 milyon avro, qalib komanda isə 8 milyon avro əldə edəcək. Yəni Türkiyə 1/4 finala çıxsa, gəlirini 15,25 milyon avroya yüksəldə bilər.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
1
football-plus.az

2Источники