RU

"ABŞ Fransanın və Hindistanın Ermənistanı silahlandırılması ilə bağlı həmfikirdir" - politoloq

“Amerikalı keçmiş həmsədr Ceyms Uorlik Fransanı Ermənistana silah satmaqda qınayıb. Faktiki Parisi sülh prosesini pozmaqda ittiham edib. Son vaxtlar ABŞ-la Fransanın Cənubi Qafqaz mövzusunda ciddi ixtilaf yaşadıqları, mövqelərinin üst-üstə düşmədiyi deyilir. Vaşinqton sülh sazişinin imzalanması üçün Ermənistana bir-birinin ardınca yüksək vəzifəli şəxslər göndərir, Paris isə ölümcül silah”.

“Ceyms Uorlikin Fransanı tənqid etməsi, əlbəttə, müsbət bir hadisədir. Çox doğru olaraq buyurur ki, Fransanın Ermənistanı silahlandırılması sülh prosesinə əngəl yaradır. Sülh müqaviləsi imzalanmadan Ermənistanla Fransa arasında silahların ticarətinə dair müqavilənin imzalanması doğru deyil. Təbii ki, Ceyms Uorlik Amerika Birləşmiş Ştatlarda rəsmi vəzifə daşımadığı üçün təqaüddə olan diplomatdır və Amerikanın rəsmi mövqeyini ifadə etmir. Məsələyə bu yöndən baxmaq lazımdır. Amerikanın rəsmi mövqeyinə gəldikdə isə, təxminən 10 gün öncə İrəvanda səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenin müavini Bermanın İrəvanda bir restoranda axşam yeməyindəki paylaşdığı şəkil diqqət çəkdi. Həmin şəkildə görünür ki, Amerika Birləşmiş Ştatlarının rəsmisi, Amerikanın İrəvandakı səfiri, Hindistan və Fransanın səfirləri, o cümlədən Avropa İttifaqının İrəvandakı nümayəndəsi və Ermənistan xarici işlər nazirinin müavini ilə birgə şam yeməyində iştirak ediblər. Berman həmin şəkili paylaşaraq həmin statusunda qeyd edir ki, həmfikirlərlə masa arxasında”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, onunifadəsindən belə çıxır ki, Amerika Birləşmiş Ştatları Fransanın və Hindistanın Ermənistanı silahlandırılması ilə bağlı həmfikirdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
aznews.az

1Источники