RU

Elmi tədqiqatların əlaqələndirilməsi səlahiyyəti də Təhsil Nazirliyinə verildi- nə dəyişəcək...

Image

İlqar Orucov: “Yeni formalaşacaq Şuraya elmi-tədqiqat müəssisələrinə malik olan dövlət qurumlarının rəhbərləri daxil olacaq, eyni zamanda...”

Məlum olduğu kimi, Nazirlər Kabineti "Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Elm və Təhsil Nazirliyi tərəfindən yaradılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək.

İndiyə qədər Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabineti tərəfindən yaradılıb və ictimai əsaslarla fəaliyyət göstərib. Bu qərar elmi tədqiqatların həyata keçirilməsinə, tədrisin təşkilinə necə təsir edəcək?

“Bu qərar ölkəmizdə elmin inkişafına, Azərbaycan alimlərinin beynəlxalq elmi jurnallarda məqalələrinin çapına da kömək edəcək” 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Elm və Təhsil Nazirliyi tərəfindən yaradılması gözlənilən idi. Bu düzgün qərardır: “Yeni formalaşacaq Şuraya elmi-tədqiqat müəssisələrinə malik olan dövlət qurumlarının rəhbərləri daxil olacaq. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində olan elmi tədqiqat institutları, nümayəndələr də daxil olacaq. Yeni şuranın əvvəlkindən kəskin fərqi olmayacaq. Ola bilsin  ki, Şuranın çevikliyi artsın, belə olarsa effektiv fəaliyyət göstərə biləcək. Danılmaz faktdır ki, Şuranın əvvəlki fəaliyyəti heç də ideal deyildi. Fəaliyyət olan yerdə qüsurların olması normaldır. Şuranın iclasları çox gec keçirilirdi, qəbul olunan qərarların icrasının taleyi müəmmalı idi. Ancaq yeni şura elmimizə yaxşı mənada fayda verəcək. Bürokratiyadan uzaq yeni dönəm başlayır. Bu addım elmi tədqiqatların həyata keçirilməsinə, tədrisin təşkilinə və bir-birilə kommunikasiya qurmasına imkan verəcək. Elmi tədqiqatların əlaqələndirilməsi işin keyfiyyətinə də müsbət təsir göstərəcək. Bu qərar ölkəmizdə elmin inkişafına, Azərbaycan alimlərinin beynəlxalq elmi jurnallarda məqalələrinin çapına da kömək edəcək”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
baki-xeber.com

1Источники