RU

Hər il 2,6 mln insan alkoqol istifadə etdiyi üçün ölür - ÜST

Hər il 2.6 milyon insan alkoqol istehlak etdiyi üçün ölür. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatında qeyd edilib.

Hesabata görə, alkoqol istehlakından ölümlərin sayı bütün ölümlərin təxminən 5%-ni təşkil edir. 

Həmçinin ölümlərin əksəriyyətinin kişilər arasında, 20-39 yaş qrupunda qeydə alındığı vurğulanıb. 

Hesabatda dünyada təxminən  400 milyon insanın alkoqol və narkotik istifadəsi pozğunluğu ilə yaşadığı bildirilib. 

Bu şəxslərin yarıdan çox isə alkoqol aslıdır. 
 
Aygün Mirakif

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
anews.az

1Источники