RU

Sabirabadda atasını döyə-döyə öldürən şəxs hakim qarşısına çıxarılır

Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Mia.az Sabirabad Rayon Prokurorluğuna istinadla xəbər verir ki, istintaqla 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə şüşə butulka ilə, eləcə də təpik və yumruqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Избранный
94
5
mia.az

10Источники