SİZİN REKLAM BURADA!055 213 76 73 BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: Peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib. "Misal olaraq, ən yüksək 60 balı toplayan müəllimlərin növbəti sertifikasiya imtahanında da eyni nəticə göstərməsi üçün çalışmalıyıq. Üç il ardıcıl şəkildə sertifikasiyada iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş sayılırlar. Bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunmuşdu. Təbii ki, növbəti illərdə yeni standartlar da hazırlanacaq", - deyə nazir bildirib. E.Əmrullayev qeyd edib ki, fərqli standartlar olsa da, bugünkü məzmunda elə də ciddi dəyişiklik olmayacaq. "Bu gün əsas istəyimiz bütün müəllimlərin sertifikasiya prosesindən keçməsidir". BAKU.WS
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта