RU

“Sülh zamanıdır” deməklə sülh olmur- ÖZƏL

"Sülh üçün çalışan, sülh sazişini istəyən, bu istiqamətdə çalışan Azərbaycandır. Ermənistandan isə bu cəhdləri görmürük. Diqqət edən hər kəs görər ki, onların məqsədi sülh deyil".


 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib:

"Müxtəlif bəhanələr gətirirlər. İndi də Ermənistanın aqressiv silahlanmasını görürük. ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn bunu ifadə etsə də, işin əməli tərəfində biz, ABŞ-nin Ermənistana təzyiqini görmürük. Nə ABŞ, nə Fransa, nə başqası. Fransa hətta Ermənistanı silahlandırır. Bu mənada fikirlər doğrudur, amma icra edilmir. O'Brayn hər şeyi deyir, Zəngəzur dəhlizin adını çəkmir. Biz, əvvəldən Zəngəzur dəhlizi məsələsini ortaya qoyuruq. Təkcə Azərbaycan deyil, bundan Türkiyə, Ermənistan, Avropa, Çin də faydalanacaq, amma heç kim işin icra olunması tərəfinə baxmır. Zəngəzur dəhlizinin Ermənistandan keçəcək 30-50km-lik  hissəsinə görə təzyiq etmək istəmirlər. Sülh zamanıdır, amma "sülh zamanıdır" deməklə sülh olmur. Bunun üçün çalışma olmalıdır ki, bunu da görmürük. Hər məsələni özümüz həll etdiyimiz kimi məsələni də böyük ehtimalla özümüz həll edəcəyik".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
olaylar.az

1Источники