"Real"ın sabiq müdafiəçisi Naçonun yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanının "Əl-Kadisiyah" klubunda davam etdirəcək. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Naço iyunun 25-də "Real"dan ayrılıb. O, 2011-ci ildən Madrid klubunun əsas komandasnda oynayırdı. Naço "kral klubu" ilə birlikdə 4 dəfə La Liqanın, 6 dəfə Çempionlar Liqasının qalibi, 5 dəfə klublararası dünya çempionatının qalibi olub.