RU

Özümüz sarımsaq da əkə bilmirik?- Xaricdən sarımsaq alışına 112 min dollar artıq xərclənib...

Image

Akif Nəsirli: “Bu il Azərbaycanda sarımsaq qıtlığı var və bu qıtlığın doldurulması üçün sahibkarlar onu Rusiyadan idxal edir”

Tarixən Azərbaycanda sarımsaq, soğan, acı bibər kimi bitkiləri hər adam torpağında yetişdirməyib: düşər-düşməzi olar deyə. Hətta insanlar bir-birinə qarğış edəndə “yurdunda sarımsaq əkilsin” deyib. Amma bu il nə bu deyim, nə də düşər-düşməz qorxusu insanları bol sarımsaq yetişdirməkdən saxlamayıb.

Buna baxmayaraq, sarımsaq idxalı artmaqda davam edir. aAçıqlanan statistik rəqəmlərə əsasən, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 443 min 890 ABŞ dolları dəyərində 348 ton sarımsaq idxal edib. Bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 112 min 830 dollar və ya 34,1%, miqdar baxımından isə 94 ton və ya 36,8% çoxdur. 

Maraqlıdır, Azərbaycan özünü sarımsaqla da təmin edə bilmir? 

“Kənd təsərrüfatı sahələrinin ixtisaslaşması üçün həmin sektorlarda fermerlərin mənfəət normasını hökümət təmin etməlidir” 

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu il Azərbaycanda sarımsaq qıtlığı var və bu qıtlığın doldurulması üçün sahibkarlar onu Rusiyadan idxal edir: “Əslində sarımsaq çətin yetişən bitki deyil. Azərbaycanda onu istehsal edib xarici ölkələrə idxal etmək də olar. Məlumdur ki, bazarda Çinin saxta sarımsağı da mövcuddur. Çinin saxta, geni dəyişdirilmiş sarımsağından Azərbaycan istehsalı olan sarımsaq daha faydalıdır”. 

Ekspert hesab edir ki, sarımsaq əkənlər bir seqment olmalı, ixtisaslaşmalıdır: "Kənd təsərrüfatı sahələrinin ixtisaslaşması üçün həmin sektorlarda fermerlərin mənfəət normasını hökümət təmin etməlidir. Bu halda sarımsaq baha da olsa, ucuz da olsa, fermerlər sarımsaq əkəcəklər. Bunu da qeyd edim ki, sarımsaq və ya digər məhsul çox əkilən il onun artıq hissəsini bazardan çıxarmaq hökumətin kənd təsərrüfatı sahəsini tənzimləyən qurumunun birbaşa vəzifəsi olmalıdır. Məhsul az olduqda, qurum tərəfindən idxal edilməlidir. Çox olduqda isə onu ölkənin daxilində saxlamaq lazım deyil, əks halda bazarlarda qəpik-quruşa satılır”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
baki-xeber.com

1Источники