RU

Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmağa və sərhədləri açmağa hazırdır - Mirzoyan

Bakı. Trend:

Ermənistan Türkiyə ilə münasibətləri tam normallaşdırmağa,diplomatik münasibətlər qurmağa və sərhədləri açmağa hazırdır.

Trend xəbərverir ki, bu barədə Ermənistanın xarici işlər naziri AraratMirzoyan estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuatkonfransında deyib.

"Ermənistan Türkiyə ilə münasibətləri tam normallaşdırmağa,diplomatik münasibətlər qurmağa və sərhədləri açmağa hazırdır.Türkiyəli tərəfdaşlarımızla dialoqumuz nəticəsində tam tənzimləməistiqamətində atıla biləcək addımları müəyyənləşdirmək üçün artıqaydın razılaşmalar əldə etmişik", - o deyib.

Bundan başqa, Mirzoyan İrəvan və Ankara arasında üçüncüölkələrin vətəndaşları, eləcə də diplomatik pasportlara malikErmənistan və Türkiyə vətəndaşları üçün sərhədlərin açılmasıməsələsinə toxunub.

"Biz daima bu razılaşmaya sadiqliyimizi təsdiqləyirik. Həqiqətənhesab edirəm ki, bu razılaşmaları reallaşdırmağın vaxtı gəlibçatıb", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Избранный
216
2
az.trend.az

1Источники