RU

İrəvan Bakı ilə sülh sazişinin mətnini tamamlayaraq imzalamağa hazırdır - Mirzoyan

Bakı. Trend:

İrəvan Bakı ilə sülh sazişinin mətnini qarşıdakı aylardatamamlayaraq imzalamağa hazırdır.

Trend xəbərverir ki, bu barədə Ermənistanın xarici işlər naziri AraratMirzoyan estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuatkonfransında deyib.

O, Ermənistanın sülh gündəliyinə sadiq və Azərbaycanlamünasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.

Mirzoyanın sözlərinə görə, İrəvan 1991-ci ildə imzalananAlma-Ata bəyannaməsi əsasında demarkasiya prosesini davam etdirməyəhazırdır.

"Həqiqətən inanıram ki, Cənubi Qafqazda münaqişə səhifəsinibağlamaq və regionumuzda sülhü bərqərar etmək imkanı var. İnanıramki, bu sülh bütün xalqlara və region ölkələrinə fayda gətirəcək", -Mirzoyan deyib.

Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişilayihəsi ilə bağlı yeni təkliflər paketi alıb.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibiAni Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsilayihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-curedaksiyasını göndərməklə cavab verib.

Aprelin 8-də isə İrəvan sülh müqaviləsi ilə bağlı Bakınıntəkliflərinin 8-ci redaksiyasına cavab göndərib.

Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-dəsülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib.Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavətəkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakıilə İrəvan arasında aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
2
az.trend.az

1Источники