Parisdə keçiriləcək Olimpiya oyunları üçün Almaniyanın tennis komandasının tərkibi məlum olub.
Kişilər: Aleksander Zverev (dünyanın dörd nömrəsi); Yan-Lennard Struff (41); Dominik Köpfer (66); Kevin Kravitz (cütlüklərdə dünyanın 15-ci raketkəsi); Tim Pütz (15).
Qadınlar: Anjelika Kerber (dünyanın sabiq 1 nömrəsi); Tatyana Mariya (dünyanın 61-ci raketkasi); Tamara Korpaç (75); Laura Siegemund (73).
Xatırladaq ki, 2020-ci ildə Tokioda keçirilən Olimpiadada Almaniya tennis komandası bir medal qazanıb. Kişilərin fərdi yarışında Aleksandr Zverev çempion olub.