RU

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Göygöl, 27 iyun, AZƏRTAC

Birinci Qarabağ müharibəsinin şəhidi Zeynalov Ucar Fidail oğlunun cəsədinin qalıqları iyunun 27-də doğulduğu Göygöl rayonuna gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Ucar Zeynalovla keçirilən vida mərasimindən sonra Göygöl rayon Pənahlılar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Göygöl Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Şəhidin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, məzarına tər güllər düzülüb, əklil qoyulub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
3
azertag.az

4Источники