Qəzzada İsrail və HƏMAS qruplaşması arasında davam edən müharibə nəticəsində Fələstin iqtisadiyyatı bu ilin birinci rübündə 35% kiçilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin Mərkəzi Statistika Bürosunun yaydığı bəyanatda deyilir.
“Qəzza zolağının iqtisadi sistemi tamamilə çöküb. Bu ilin birinci rübündə Qəzzanın iqtisadiyyatı illik bazda 86% azalıb. Bütün iqtisadi fəaliyyət növlərinin əlavə dəyərində kəskin azalma müşahidə olunub.
Bu dövrdə Fələstində mədənçıxarma, istehsal, su və elektrik fəaliyyətlərində 63%, tikinti fəaliyyətlərində 51%, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq fəaliyyətlərində 33%, topdansatış və pərakəndə ticarət fəaliyyətlərində 36% azalma müşahidə edilib”, - məlumatda deyilir.
Gözəl Həşimova