Ermənistanla Azərbaycan arasında normal münasibətlər. Assambleya torpaq xəritələrinin Azərbaycana verilməsini alqışlayır
minalar və tərəfləri bölgədə minalardan təmizləmə sahəsində əməkdaşlığı davam etdirməyə çağırır.
O, Dağlıq Qarabağ münaqişəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu çərçivəsində ədalətli və davamlı həllinə çağırışını bir daha çağırış edir. Nəhayət, Qurum, İnsan Hüquqları üzrə Müvəkkilin özündə əks etdirdiyi tövsiyələrin həyata keçirilməsini dilə gətirir.
Göründüyü kimi, yuxarıda sadalananlar bir daha AŞPA nın hansı rəzil səviyyədə olduğunu göstərir.
1.Azərbaycan dəfələrlə "Dağlıq Qarabağ" termininin keçmişdə qaldığını bildirmişdir. Azərbaycan daxilində Qarabağ İqtisadi Zonası var.
2. ATƏT- in Minsk Qrupuna qayıdış AŞPA- nın arxasında olan Makronun görə biləcəyi ən yaxşı halda yuxu ola bilər. Azərbaycan və Ermənistan arasında danışıqlar birbaşa davam etdirilir və heç bir üçüncü vasitəçiyə ehtiyac yoxdur.
3. Qarabağ erməniləri məsələsi Azərbaycan dövlətinin daxili işidir və bunun nə AŞPA, nə də Minsk qrupuna dəxli olmamalıdır. 2023 - cü ilin payızındakı antiterror tədbirləri vəziyyəti dəyişdi və dialoqu qəbul etməyən ermənilər ərazilərimizi könüllü şəkildə tərk etdilər.
4. Terrorçuları dustaq, əsir adlandıran AŞPA- dakı deputatlar bununla da, çirkabın içində olduqlarını və quldurları dəstəklədiklərini nümayiş etdirirlər. Cinayətlarlar AŞPA -ya və digərlərinə nümunə olaraq Bakıda həbsxanadadırlar və bu mövzu hüquqi məsələdir, siyasi deyil. AŞPA əgər doğrudan da demokratiyadan danışmaq istəyirsə, o zaman azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırmalı idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31