RU

Ruhanidən azərbaycanlı namizədə dəstək: "Ona səs verin, seçilsə..."

İranın keçmiş prezidenti Həsən Ruhani Azərbaycan əsilli namizəd, islahatçı Məsud Pezeşkiyanın lehinə səs verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, Pezeşkiyanın Qərblə İranı barışdıracağına inandığını deyib.

“Dünya ilə konstruktiv əlaqələr qurmaq və liberallıq istəyənlərdən Pezeşkiyana səs vermələrini xahiş edirəm. Bu namizəd seçilərsə, 2015-ci ildə ABŞ və Avropa ölkələri ilə imzalanmış nüvə sazişini yeniləmək niyyətindədir”, - deyən Ruhani Pezeşkiyanın İrana qarşı sanksiyaların ləğvinə nail ola biləcəyini qeyd edib.

Ruhanidən əvvəl digər keçmiş prezident Məhəmməd Hatəmi də Pezeşkiyanı dəstəkləyənlərə qoşulub.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
72
teleqraf.com

1Источники