RU

HadisəBakıda qəribə olay: Qadın geyimində kişi yolda qışqırdı

SİZİN REKLAM BURADA!055 213 76 73   BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl gecə saat 2 radələrində Moskva prospektində qadın geyimində olan kişinin yolun hərəkət hissəsinə çıxaraq avtomobillərin hərəkətinə mane olması, ucadan səs-küy salması müəyyən edilib.   Ərazidəki polis əməkdaşlarının tələbinə tabe olmayan həmin şəxs sərxoş halda müqavimət göstərib. Daha sonra saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aparılan şəxsin 1976-cı il təvəllüdlü S.M. olması müəyyən edilib. Ekspertiza onun sərxoş olduğu barədə rəy verib.   Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.   Yasamal Rayon Məhkəməsinin qərarı ilə S.M.-a 8 sutka həbs cəzası verilib. BAKU.WS

Избранный
86
24
far.az

10Источники