RU

Şəmkirdə 14 il əvvəl törədilmiş qətllə bağlı ibtidai istintaq yekunlaşıb

Bakı. Trend:

14 il əvvəl Şəmkirdə törədilmiş qəsdən adam öldürmə cinayətininibtidai istintaqı yekunlaşıb.

Bu barədə Trend-ə BaşProkurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgəfəaliyyəti nəticəsində 14 il əvvəl Şəmkir rayonunda törədilmişqəsdən adam öldürmə cinayətinin üstü açılıb.(https://genprosecutor.gov.az/az/post/7140)

Həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirlərinəticəsində, Şəmkir rayonunun Yeniabad kənd sakini 1989-cu iltəvəllüdlü Turab Vəliyevin fərdi qaydada taksi fəaliyyəti iləməşğul olan həmkəndlisi Məhərrəm Həsənovla Şəmkir rayonununMahmudlu kəndindən Yeniabad kəndi istiqamətində 15.02.2010-cu iltarixdə hərəkətdə olarkən göstərilən sərnişin daşıma xidmətimüqabilində ödənişlə bağlı aralarında yaranmış mübahisə zamanısonuncunu idarə etdiyi avtomobildə üzərində gəzdirdiyi cib bıçağıilə çoxsaylı bədən xəsarətləri yetirərək xüsusi amansızlıqla qəsdənöldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Turab Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusiamansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxsqismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib,müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəməninqərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyalarıidarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb və ittihamaktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirənprokuror tərəfindən təsdiqlənərək baxılması üçün Gəncə AğırCinayətlər Məhkəməsinə göndərilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqətmərkəzində saxlanılmaqla Baş Prokurorluqla digər hüquq-mühafizəorqanlarının koordinasiyalı fəaliyyəti davam etdirilir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
8
az.trend.az

10Источники