RU

Bahalı nömrəli avtomobillə “protiv” gedib qırmızıda keçən sürücü- VİDEO

Nərimanov rayonu Əliyar Əliyev küçəsində kobud qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 22-də saat 17:36 radələrində qeydə alınıb. Hərəkətdə olan 77-LE-011 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı sürür. Bu zaman o, qarşıdan gələn nəqliyyat vasitələrinə təhlükə yaradır. Hərəkət iştirakçıları əsəbiləşərək ona siqnal versələr də sürücü daha bir xəta törədir. Belə ki, o, işıqfora əhəmiyyət vermədən yoluna davam edir və bu dəfə də piyadalara qəza riski yaradır.

Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntuları İnzibati Xətalar Məcəlləsinin 327.4 və 327.2-ci maddələri ilə tənzimlənir.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
avtosfer.az

1Источники