RU

Gürcüstan Azərbaycanla Ermənistanın dialoquna töfhə verməyə hazırdır

Gürcüstanın xarici işlər nairi İlya Darçiaşvili ölkəsinin Cənubi Qafqazda dinc əməkdaşlıq və birgəyaşayış tərəfdarı olduğunu, Ermənistanla Azərbaycan arasında konstruktiv kommunikasiyaya kömək etməyə həmişə hazır olduğunu qeyd edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tbilisidəki rəsmi səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında çıxış edən Darçiaşvili deyib: "Dəfələrlə isbat eləmişik, bir daha da qeyd etmək istəyirəm ki, Gürcüstan həmişə Cənubi Qafqazda dinc əməkdaşlığın və birgəyaşayışın tərəfdarı olub. Həmişə tərəflər arasında konstruktiv ünsiyyəti təşviq etməyə və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində konkret addımlar atmağa hazırıq”.

Darçiaşvili Bayramov ilə görüş zamanı iki ölkə arasında əməkdaşlıq, həmçinin Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatı məsələlərinin müzakirə olunduğunu qeyd edib.

Nazirlər regional enerji layihələrinin və Orta (Transkaspi) dəhlizinin - Çindən Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrinə aparan nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayıblar.

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmağı bundan əvvəllər də dəfələrlə təklif edib. 2021-ci ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan Ermənistana 15 hərbçini, İrəvan isə Bakıya mina xəritələrini təhvil verib. 2022-ci ili iyulun 16-da isə Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla görüşüb. 2023-cü ilin oktyabrında İpək Uolu Forumu çərçivəsində Tbilisidə ilk dəfə Gürcüstan, Ermənistan və Azərbaycanın baş  nazirlərinin görüşü keçirilib.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
hurriyyet.az

1Источники