RU

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Nazir:

Bakı, 27 iyun, AZƏRTAC

İkili ixtisası olan müəllimlər gələcəkdə hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, müəllim imtahanda uğurlu nəticə göstərdiyi fənn üzrə tədrisə davam edəcək.

“Əgər müəllim iki yerdə çalışırsa və sertifikasiya imtahanında uğur qazanıbsa, onun hər iki iş yerində əməkhaqqına əlavələr olunacaq”, - deyə Emin Əmrullayev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
azertag.az

1Источники