NATO ölkələri Rusiya ilə müharibədən qaçmaq üçün Ukraynanı birliyə qəbul etməyəcək. Kiyevin Şimali Atlantika Alyansına üzvlüyünü ABŞ Silahlı Qüvvələrinin istefada olan zabiti Daniel Davis istisna edib.
Reyting.az-ın məlumatına görə, D. Davis deyib ki, əksər ölkələr, hətta Fransa və Almaniya da Ukraynanın NATO-ya qoşulmasına səs verməyəcək.
Devis vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olmasından söhbət gedə bilməz, çünki o, alyansa yeni üzvlərin qəbulu üçün heç bir kriteriyaya cavab vermir.