RU

“Qərarı Prezident Zelenski verəcək” - Ağ Ev Trampın “sülh planı”na münasibət bildirdi

Məlum olduğu kimi, Qərb mətbuatında Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə Ukraynada müharibənin dayandırılmasına dair sülh planı dərc edilib. Həmin plana görə, Ukraynaya dərhal danışıqlar masasına oturmaq təklif olunacaq, imtina ediləcəyi təqdirdə Kiyevə hərbi yardım dayandırılacaq.

Rusiyadan da mövcud təmas xəttində dayanaraq, danışıqlara başlamaq tələb olunacaq. İmtina edildiyi halda, Ukraynaya silah yardımı, hərbi dəstək artırılacaq.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Evin təmsilçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Donald Trampın təklif etdiyi “sülh planı” ilə bağlı məlumatları şərh edib. O, deyib ki, döyüş əməliyyatlarına son qoymaq üçün Rusiya ilə danışıqlara başlamaq qərarı yalnız Ukraynanın özü tərəfindən verilə bilər.

Onun sözlərinə görə, Prezident Co Bayden ardıcıl olaraq və qətiyyətlə Ukraynanı dəstəkləyir:"Biz Ukraynanı dəstəkləyən 50-dən çox ölkədən ibarət qlobal koalisiya qurmuşuq. Bayden bu yaxınlarda İtaliyada keçirilən G7 sammitində Ukrayna ilə tarixi ikitərəfli təhlükəsizlik sazişi imzaladı. O, başa düşür ki, Ukraynanın döyüş meydanında mövqeyi nə qədər güclü olsa, danışıqlar masasında da bir o qədər güclü olar. Ukrayna vaxtı gələndə müzakirə masasına oturacaq və o vaxtın gəldiyi barədə qərarı kim verəcək, bilirsinizmi? Prezident Zelenski”.

Kirbi vurğulayıb ki, Vaşinqtonun mövqeyi dəyişməz olaraq qalır və “Ukrayna haqqında Ukraynasız heç bir qərar verilə bilməz”.

O, əlavə edib ki, Ağ Ev Ukraynanı ərazi güzəştlərinə getməyə məcbur etmək fikrində deyil, çünki Putinə Ukraynanı fəth etməyə icazə verilsə, bunun nəticələri ağır olacaq.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
2
azpolitika.info

3Источники