Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev“Ümraniyəspor”dan ayrılıb.
Trend xəbər verir ki, bubarədə İdman.biz-ə futbolçunun atası, “Səbail”in baş məşqçisiŞahin Diniyev məlumat verib.
Təcrübəli mütəxəssis azad agent statusu daşıyacaq oğlununAzərbaycana qayıtmayacağını deyib: “Coşqun yenə ölkə xaricindəoynayacaq. Azad agent statusu aldıqdan sonra menecerləri iləməsləhətləşərək ən düzgün seçimi edəcək”.
Qeyd edək ki, Diniyev Türkiyə I Liqası təmsilçisi “Ümraniyəspor”mövsüm transfer olunmuşdu. O, Polşa, Cənubi Koreya və Türkiyənin 2klubunun maraq dairəsindədir.