Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Adıgözəl Əmirsoltan oğlu Qasımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib. 1news.az-ın“Report”a istinadən məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Keymərəz kəndində ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Adıgözəl Əmirsoltan oğlu Qasımov 1971-ci il mayın 20-də Xaçmaz rayonunun Keymərəz kəndində anadan olub. O, 1993-cü il avqustun 15-də Laçın rayonu Hoçaz yüksəkliyi istiqamətində itkin düşüb. A.Qasımov Xaçmaz rayonunun Keymərəz kəndində dəfn olunacaq.