RU

Brüsseldə silahlı hücum: 2 nəfər ölüb

Brüsseldə Qare de Midi qatar stansiyası yaxınlığında iki nəfər güllələnib və ikisi ağır olmaqla üç nəfər yaralanıb.

Sherg.az xəbər verir  ki, hadisə narkotik ticarəti ilə tanınan ərazidə baş verib.

Polis sözçüsü hadisənin Belçika paytaxtının Saint Gilles rayonundakı kafenin yaxınlığında baş verdiyini və şübhəlilərin qaçdığını bildirib.

Brüssel bölgəsinin səlahiyyətliləri bu il paytaxtın 19 rayonundakı 14 digər ərazi arasında Saint Gillesi narkotik qaynağı kimi müəyyənləşdiriblər.

Polis indiyə qədər silahlı hücum ilə şəhərin qanunsuz narkotik ticarəti arasında bir əlaqə yarada bilmədiklərini deyib.

Ədliyyə orqanlarının daha sonra açıqlama verəcəyi gözlənilir.

Son illər Belçikada narkotik ticarəti ilə məşğul olan dəstələr arasında rəqabət səbəbindən silahlı zorakılıq halları artıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
sherg.az

1Источники