RU

“Bu da təcavüzün bir formasıdır..." – "Bakı COP-29-a qədər müşahidə edəcək, sonra isə...”

“90-cı illərdə Ermənistana silah tədarükü başa çatdqıdan sonra İrəvanın sinxron şəkildə danışıqlarda mövqeyi sərtləşməyə başladı”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Faebook” səhifəsində yazıb.

“İndi Hindistan və Fransadan silah tədarükü, eləcə də ABŞ və Aİ-nin yardım paketləri də Ermənistanın mövqeyini getdikcə daha ziddiyyətli edir”, - o, əlavə edib.

Keçmiş nazir vurğulayıb ki, “sülhpərvər leksikaya” baxmayaraq, Ermənistan işğalçı siyasətin nəticələrini aradan qaldırmaq istəmədikləri barədə getdikcə daha aydın bəyanatlar verir:

“Təcavüzü qanuniləşdirən hüquqi aktlar da təcavüzün bir formasıdır. Azərbaycan COP-29-a qədər Ermənistandakı vəziyyətin dinamikasının bütün nüanslarını diqqətlə izləyəcək. Daha sonra isə…“ - deyə T.Zülfüqarov fikrini tamamlamadan postunu yekunlaşdırıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
azpolitika.info

1Источники