RU

Azərbaycanda bal bahalaşacaq? - AÇIQLAMA

Bakı. Trend:

Bu il işğaldan azad edilmiş ərazilərə təxminən 42 mindən çox arıailəsi yerləşdirilib.

Bunu Trend-ə “Azərbaycan Arıçılar Assosiasiyası”İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətovdeyib.

Onun sözlərinə görə, arı ailələri, əsasən, Kəlbəcər, Laçın,Zəngilan, Qubadlı və Xocavənd rayonunun ərazilərindədir.

"Biz gələcəkdə bu ərazilərdə 300 min arı ailəsini yerləşdirməyiplanlayırıq. Bu ilin yağıntılı keçməsinə baxmayaraq, ölkə üzrə 8min ton bal süzümü gözlənilir. Hələlik 4 min tona yaxın balsüzülüb".

B.Həsrətov bildirib ki, Azərbaycanda hazırda arı ailələrininsayı 750 minə çatır.

"Biz bu rəqəmi bir milyona çatdırmaq istəyirik. Lakin arıçılıqlabağlı çatışmazlıqlar da var. Ötən ilə qədər Azərbaycanda arıçılıqlaməşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə(pətəyə) görə subsidiya verilirdi. Lakin bu ildən subsidiyalarkəsilib. Bu da arıçılıq fəaliyyətinə mənfi təsir edir. Çünkisubsidiya arıçılıq fəaliyyəti ilə məşğul olanların xərclərinimüəyyən qədər azaldırdı. Arıçıların xərclərinin artması qiymətətəsir edə bilər. Əvvəlki illərdə balın kiloqramı 20-25 manata,təsadüfi hallarda isə 30 manata satılırdı. Bu il balın kiloqramınınqiymətinin 30-35 manata olacağı gözlənilir. Bu da balın qiymətininbahalaşması deməkdir.

Azərbaycan əhalisinin bir illik bala olan tələbatı 7 min tonayaxındır. Xarici ölkələrə isə çox az miqdarda bal ixrac edirik. Buda, əsasən, Yaponiya və körfəz ölkələridir", - deyə o qeydedib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
4
az.trend.az

5Источники