Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev “Ümraniyəspor”dan ayrılıb.
Bu barədə İdman.bizə futbolçunun atası, “Səbail”in baş məşqçisi Şahid Diniyev məlumat verib.
Təcrübəli mütəxəssis azad agent statusu daşıyacaq oğlunun Azərbaycana qayıtmayacağını deyib: “Coşqun yenə ölkə xaricində oynayacaq. Azad agent statusu aldıqdan sonra menecerləri ilə məsləhətləşərək ən düzgün seçimi edəcək”.
Qeyd edək ki, Diniyev Türkiyə I Liqası təmsilçisi “Ümraniyəspor” mövsüm transfer olunmuşdu. O, Polşa, Cənubi Koreya və Türkiyənin 2 klubunun maraq dairəsindədir.
Emin Ağa
İdman.biz