RU

“Simonyan KTMT-dən çıxmaq istədiklərini ifadə etdi...”- Latviya Seyminin sədri

“Ermənistan parlamentinin sədri Alen Simonyanın Riqada latviyalı həmkarı Daiga Mierina ilə müzakirə etdiyi əsas mövzular Cənubi Qafqazda təhlükəsizlik, Azərbaycan və Ermənistan arasında sülh sazişi, Ermənistanla Aİ arasında münasibətlərin gələcək inkişafı olub”.

“AzPolitika” xəbər verir ki, bu barədə Latviya Seyminin sədri Daiga Mieriņa bildirib.

“Biz Simonyanla Ermənistanın Avropa İttifaqına doğru getməsindən danışdıq. Və buna görə də o, Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxmaq istədiklərini ifadə etdi. Ermənistan rəsmisi bizə məlumat verdi ki, rus hərbçiləri tədricən ölkəni tərk edirlər” - deyə, D.Mieriņa vurğulayıb.

Ermənistan indiki Rusiya hakimiyyəti dövründə ölkələr arasında yaxşı münasibətlər gözləmir.

“Cəmiyyətimizin məqsədi var - Avropa İttifaqının bir hissəsi olmaq. Bir neçə gün əvvəl bizim parlamentdə Ermənistanın Aİ-yə üzv olması üçün referendum keçirilməsi ilə bağlı müzakirələr gedirdi. Düşünürəm ki, nə vaxtsa yaxın gələcəkdə bizdə bu referendum olacaq və əminəm ki, xalqımız hə deyəcək”, - deyə Alen Simonyan bildirib.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
azpolitika.info

1Источники