RU

Etirazçıların üstünə “Kamaz“ sürən erməni həbsə gedir

Ermənistanda etirazçıların üstünə yük maşınını sürən sürücü həbs olunacaq.

News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, bununla bağlı İstintaq Komitəsi ibtidai istinttaqı başa çatdırıb: “2024-cü il mayın 9-da Respublika meydanında “Vətən uğrunda Tavuş” hərəkatının mitinqində “Kamaz” markalı yük maşınının sürücüsü tərəfindən törədilən əmələ görə başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb".

Xatırladaq ki, yük maşınının sürücüsü, 40 yaşlı Ararat rayon sakini olan erməni mayın 9-da İrəvanın Respublika meydanında keçirilən mitinqdən əvvəlcədən xəbər tutaraq, sərxoş halda əraziyə gəlib. O, saat 21:00 radələrində qadağanedici yol nişanına məhəl qoymayaraq Vazgen Sarkisyan küçəsinin birtərəfli zolağına çıxıb. Sürücü polislərin əmrinə tabe olmayıb, Respublika meydanına toplaşan mitinq iştirakçılarına doğru hərəkət etmişdi.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
news365.az

1Источники