RU

Azərbaycanda ən çox kredit verən 6 bank

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklar 24 milyard 644 milyon manat müştərilərə kredit veriblər.

Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin birinci rübü ilə müqayisədə 22,9 % çoxdur.

Hesabat dövründə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 5 milyard 341 milyon 495 min manat kredit verib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 % çoxdur.  

“Kapital Bank”ın 2023-cü ilin yanvar-mart aylarında müştərilərə verdiyi kreditlərin həcmi 36,4 % artaraq 4 milyard 397 milyon 93 min manat təşkil edib. 
2024-cü ilin birinci rübündə “Paşa Bank” müştərilərə 3 milyard 064 milyon 114 min manat kredit verib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 14 % çoxdur. 

“Xalq Bank” bu ilin birinci rübündə müştərilərə 1 milyard 801 milyon 275 min manat kredit verib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 1,5 % çoxdur.

“Bank Respublika” hesabat dövründə müştərilərə 1 milyard 189 milyon 154 min manat kredit verib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 21 % çoxdur. 

2024-cü ilin yanvar-mart aylarında “Access Bank” müştərilərə 1 milyard 35 milyon 481 min manat kredit verib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % çoxdur.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
valyuta.az

1Источники