RU

Kredit qoyuluşlarının həcmi 4,4 milyard manatdan çox artıb

Bu ilin may ayında bankların kredit qoyuluşlarının həcmi 25 158.2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 21,8 faiz və ya 4 498,9 milyon manat çoxdur.

Azərbaycan Mərkəzi Bankın hesabatına əsasən, cari ilin aprel ayına nisbətdə isə mayda kredit qoyuluşlarının həcmində 2,1 faiz və ya 513,7 milyon manat artım müşahidə olunub.

Qeyd edək ki, 2024-ci ilin yanvar ayının 1-nə Azərbaycanda kredit qoyuluşlarının həcmi 23 183,0 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
vergiler.az

1Источники