RU

Ən sadiq ailələr bu ərazilərdə yaşayır

Rusiyanın ən sadiq ailələri Sevastopol, Sankt-Peterburq və Moskvada yaşayır.

Publika.az xəbər verir ki, Plexanov adına Rusiya İqtisad Universitetinin Statistika kafedrasının məlumatında belə deyilir.

Moskvada hər min nikaha 541, Sankt-Peterburqda 529, Sevastopolda isə 514 boşanma düşür. Bütövlükdə ölkədə hər min nikaha 722 boşanma düşür. Ötən ilin sonunda 44 rayonda boşanmaların sayı artıb.

Dövlət İdarəetmə Universitetinin İnstitusional İqtisadiyyat kafedrasının dosenti Svetlana Sazanova qeyd edib ki, Sovet İttifaqında hər üçüncü nikah pozulur. Bu gün Rusiyada hər 10 nikah üçün 7 boşanma olur, yəni hər üç cütlükdən ikisi dağılır.

Şimali Qafqaz Federal Dairəsində də boşanmaların sayı artıb. Lebedinskaya bu vəziyyəti izah etməyin çətin olduğunu deyib. 10 il əvvəl Şimali Qafqaz Federal Dairəsində ailələr daha güclü idi: Çeçenistanda hər min nikah üçün 152 boşanma, İnquşetiyada 175, Dağıstanda isə 229 boşanma olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
publika.az

1Источники