RU

ABŞ-də 8 tacik niyə həbs olunub? - Ölkədə terror panikası yaranıb - TƏFƏRRÜAT

ABŞ-də FTB ölkə daxilində bir çox agentin iştirakı ilə səssiz əməliyyat keçirib və ölkəyə daxil olan 8 tacik vətəndaşı həbs edilib.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, məlum olub ki, adı çəkilən 8 tacik aylar əvvəl ABŞ-nin sərhədində sığınacaq istəyib.
 
Lakin onlar ABŞ-yə qəbul edildikdən sonra FTB bu şəxslərin İŞİD-lə əlaqəsi ola biləcəyindən şübhələnib və antiterror təhqiqatına başlayıb.

Bu adi bir araşdırma olmayıb.
 
Rəsmilər onlarla şəxsi heyətlə ABŞ-nin müxtəlif şəhərlərində əməliyyatlar keçirib, bu 8 nəfəri izləyib və mütəmadi olaraq Ağ Evə məlumat veriblər.

Əslində, FTB daha böyük terror şəbəkəsindən şübhələnirmiş.

8 tacik həbs edilib. Lakin indiyədək onlara qarşı terror ittihamı irəli sürülməyib.

Məlum olub ki, həbs edilən səkkiz nəfər terror aktı törətməyi planlaşdırıb.
 
Ən mühüm məqam isə xüsusilə də İŞİD-in Xorasan qolu son terror aktlarında Tacikistan vətəndaşlarından istifadə edib. Rusiya, İran və Türkiyədə baş verən terror hadisələri buna misaldır.

İŞİD-in Xorasan qolu 2015-ci ildə Əfqanıstanda daha şiddətli hücumlar istəyən Pakistan Talibanının narazı üzvləri tərəfindən yaradılıb. 

Həbs edilən 8 Tacikistan vətəndaşının 2023-cü ildə Cənubi Kaliforniya və Texas sərhədindən ABŞ-a daxil olduğu və onların hamısının Tacikistan vətəndaşlığı olduğu öyrənilib. Onlardan birinin Rusiya pasportu da var. Bu 8 nəfərin bir-birini tanıdığı təxmin edilir.

Onlar ölkəyə daxil olduqdan sonra Los-Anceles, Filadelfiya və Nyu-Yorka dağılıblar. Bu 3 bölgədə sıx Orta Asiya əhalisi var.
 
FTB əməliyyat zamanı çətin bir qərarla üzləşib. Əgər həbslər aparılmazdan əvvəl müşahidə zamanı terror aktı baş versəydi, bu, onları çətin vəziyyətə salardı. Ona görə də çox uzatmadan həbsləri həyata keçiriblər. 

8 taciklinin nə edib-etmədiyi hələlik məlum deyil. Daha doğrusu, izah olunmur. Sadəcə, məlum olan odur ki, bu şəxslər indiyə qədər əldə edilən məlumatlardan sonra həbs ediliblər. Həbslər iyunun 8-də Nyu-York, Los-Anceles və Filadelfiyada eyni vaxtda həyata keçirilib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
azxeber.com

1Источники