RU

"Gənclərimizi işaxtaran kimi yox, işverən kimi görmək istəyirik" - Nazir

“İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır. Özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır”.

Gundem.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev "Baku ID" innovasiya festivalında çıxışı zamanı bildirib.

Nazir bu gün tədbirdəki tələbələrin səhnə performansını çox bəyəndiyini bildirib:

“İstedad,  məncə, qeyri-müəyyən sayda kateqoriyalarda olan bacarıqları özündə birləşdirir. Əgər hər hansı bir sahə üzrə insanın bacarıqları ən yaxşı 10 faizə uyöun gəlirsə, o insanı istedadlı saymaq olar. 10 faizə daxil olmayanların da istedadlı olmaq şansı var. Buradakı gənclərimizi işaxtaran kimi yox, işverən kimi görmək istəyirik. Ancaq biz gedib ona deyə bilmərik ki, bu gündən işaxtaran yox, işverən olacaqsan. Lakin uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik. Ən önəmli məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir”.  (sfera.az)

Избранный
61
31
gundem.az

10Источники