RU

Polşa sərhədə xüsusi təyinatlılar yerləşdirəcək

“Biz sərhədi qorumaq üçün xüsusi sərhəd mühafizə dəstələri yaradacağıq”
Polşa miqrantlarla mübarizə aparmaq üçün sərhədə xüsusi təyinatlılar yerləşdirəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin (DİN) rəis müavini Çeslav Mroçek deyib.
“Biz sərhədi qorumaq üçün xüsusi sərhəd mühafizə dəstələri yaradacağıq. Bu, daha əvvəl edilməli idi”, - deyə o bildirib.
Eyni zamanda, Mroçek xüsusi təyinatlı birləşmələrin hazırlanma vaxtını və onların sayını dəqiqləşdirməyib, lakin təcavüzkar qrupların öhdəsindən gələn polis qüvvələrinin nümunə olacağını qeyd edib.
Bundan əvvəl Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Belarusla sərhəddəki hasarın domkratla 25 saniyəyə aşıla biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Polşa sərhədçilərinə hücum edən “quldur dəstələri” sərhədi keçmək üçün bu üsuldan istifadə edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
ayna.az

1Источники