RU

Göyçayda Şəhid atasını İNCİDƏN KİMDİR? – Prezidentə müraciət olundu

1992-ci il zamanı mesxeti türk vətəndaşı şəhid İbrahimov İsmayıl Nuriddin oğlunun atası Çaxırlı kənd sakini İbrahimov Nuriddin İbraqimoviç oğlu Dia-az.İnfo-ya üz tutaraq ölkə bışçısı cənab İlham Əliyevə müraciət edir.O, qeyd edir ki, rayonun Çaxırlı kənd ərazisində 2020-ci il ərzində sabiq icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin şifahi razılığı ilə qeyri-yaşayış obyektinin tikintisinə başlanılmışdır. Obyekt ticarət üçün tam hazır olsa da, Çaxırlı kənd icra nümayəndəsi Seymur Əliyev və Bələdiyyə sədri Fərhad Mehdiyev tərəfindən istifadəsinə məhdudiyyət qoyulub.Səbəb isə obyektin çıxarış sənədinin olmaması göstərilir. Çıxarış sənədinin verilməməsi obyektin yaxınlığından keçən qaz kəməridir ki, yerinin dəyişdirilməsi üçün müvafiq orqanlara edilən çoxsaylı müraciətlər cavabsız qalmaqdadır. Həmçinin, vətəndaş obyektin çıxarış sənədləri üçün dəfələrlə resyter xidmətinə və Göyçay Rayon İcra Hakimiyyətinə də üz tutub. O, bir parça sənədə görə aidiyyəti qurumların şəhid atasından müəyyən məbləğdə rüşvət tələb edildiyini iddia edir.İbrahimov Nuriddin İbraqimoviç oğlu çarəsiz vəziyyətdə qalaraq sosial şəbəkələr vasitəsilə Prezident İlham Əliyevdən köməklik göstərilməsini xahiş edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
dosye.org

1Источники