RU

Nigeriyada vəbadan 35 nəfər ölüb

Nigeriyanın ən sıx əyalətlərindən biri olan Laqosda vəba epidemiyasından ölənlərin sayı 35-ə yüksəlib.

525.az xəbər verir ki, Nigeriyanın Laqos əyalətinin səhiyyə komissarı Akin Abayomi verdiyi açıqlamada əyalətdə iki gündə 14 nəfərin vəbadan öldüyünü bildirib. Bununla da əyalətdə epidemiyadan ölənlərin sayı 35-ə çatıb.

Əyalətdə yoluxma sayının 423-ə yüksəldiyini qeyd edən Abayomi, epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlərin görüldüyünü bildirib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Избранный
74
525.az

1Источники