RU

Yəmən sahillərində ticarət gəmisi bombalanıb

Yəmənin Qırmızı dənizdəki Hodeyda limanı sahillərində ticarət gəmisinə hücum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Britaniyanın Ambrey şirkəti məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, gəmidən hücum siqnalı alınıb.

Ekipaj bildirib ki, gəmi Hudeyda limanından 155 km aralıda mərmiyə düşüb. Dağıntı və ya insan tələfatı barədə məlumat yoxdur. Gəminin Ərəbistanın Əd-Dəmmam şəhərinə doğru hərəkət etdiyi qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
operativmm.az

1Источники