RU

Neymar Vinisus Junioru “ən eybəcər futbolçu” adlandırdı

Futbol üzrə Braziliya millisinin və Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının ulduz hücumçusu Neymar tezbazar sorğuda iştirak edib.

Arena.az xəbər verir ki, ondan indiyədək birlikdə oynadığı ən eybəcər futbolçunun kim olduğu soruşulub.

Neymarın bu suala cavabını təqdim edirik:

“Mən çoxlu eybəcər oyunçularla oynamışam. Bütün hörmətimlə, bu Vinisius Juniordur. Bağışla, səni sevirəm, amma o, çox baməzə adamdır. Eybəcər, amma baməzə”, deyə Neymar vurğulayıb.

Xatırladaq ki, Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 264 oyun, 83 qol, 75 məhsuldar ötürmə.

“Vinni” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 31 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
arena.az

1Источники