RU

“İran Rusiya ilə yeni sazişə böyük əhəmiyyət verir”- Məhəmməd Moxber

İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Moxber bildirib ki, “Qazprom” və İran Milli Qaz Şirkəti arasında memorandumun imzalanması iki ölkə arasında münasibətlərin dərinləşməsi yolunda mühüm addımdır.

“Bu planın həyata keçirilməsi təkcə iki ölkənin iqtisadi maraqlarını deyil, həm də bütün regionun maraqlarını təmin edəcək”, – Moxber deyib.

Rusiya lideri ilə telefon danışığı zamanı o, iki ölkə arasında sazişlərin həyata keçirilməsində irəliləyişdən məmnunluğunu ifadə edib, strateji münasibətləri dəyişməz adlandırıb və Tehranla Moskva arasında danışıqların vacibliyini vurğulayıb.

Moxber iki ölkənin regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinin arzuolunan nəticələrə gətirib çıxaracağına ümid etdiyini bildirib.

Rusiya qazının İrana tədarükünün təşkilinə dair strateji memorandum iyunun 26-da “Qazprom” ASC-nin nümayəndə heyətinin Tehrana səfəri zamanı imzalanıb.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
azpost.info

1Источники