RU

Türkiyənin avtomobil nəhəngi “Tofaş” istehsalı dayandırır

Türkiyənin avtomobil nəhəngi Tofaş Bursadakı fabrikində planlaşdırılan təmir işləri və ixrac bazarlarındakı tendensiya səbəbindən iyulun 16-dan avqustun 20-dək istehsalı dayandıracaq.

KONKRET.az xəbər verir ki, “Koç Holdinq”in törəmə şirkəti olan Tofaş hasilatı dayandıracağını açıqlayıb.:

“16.07.2024 – 20.08.2024-cü il tarixləri arasında şirkətimizin Bursa fabrikində istehsal xətlərində planlaşdırılan təmir-bərpa işləri və ixrac bazarlarındakı tendensiya ilə əlaqədar olaraq istehsal müvəqqəti olaraq dayandırılacaq. Sözügedən müddət ərzində əməkdaşlarımız planlaşdırdıqları işlərdən istifadə edəcəklər. Onlara illik məzuniyyət hüququ veriləcək və fabrikimizdə yalnız növbətçi heyətlə təmir və təftiş işləri aparılacaq”.

Qeyd edək ki, şirkət ötən ilin yay aylarında hasilatı 24 gün müddətinə dayandırmışdı.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
konkret.az

2Источники