Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 94,8 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.