RU

Türkiyədə avtomobillərlə bağlı bu tələb uzadıldı – Maraqlı QƏRAR

Türkiyədə son dövrlərin avtomobil ticarətində ən əhəmiyyətli tənzimləmələrdən biri olan “6 ay-6 min km” qaydasının tətbiq müddəti uzadılıb.

 

Sfera.az Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir ki, sözügedən məhdudiyyət 1 yanvar 2025-ci ilə qədər uzadılıb.

 

Qeyd edək ki, Türkiyədə bu qərara qədər avtomobil alverçilərinin bəziləri bazardan çoxlu sayda avtomobili alaraq bir müddət satışdan çıxarırdılar. Həmin müddətdə avtomobillərin bahalaşması hesabına alverçilər böyük gəlir əldə edirdilər. Bunun qarşısını almaq üçün Ticarət Nazirliyi belə bir mexanizm tətbiq edib.

 

Həmin mexanizmə əsasən, alınan avtomobil 6 ay ərzində 6 km-dən az sürüldükdə satıla bilməz. Bu tələb alverçilərin daha çox avtomobil alıb saxlamasının qarşısını aldı ki, bununla da sürətli bahalaşma bir qədər səngidi.

 

Vasif

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
3
sfera.az

4Источники